Hava xəbərdarlıqlarında YENİLİK

ÖLKƏ

08 May 2024 16:32

Oxunma sayi: 550
Hava xəbərdarlıqlarında  YENİLİK

Hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündəlik hava xəbərdarlıqları zamanı gözlənilən təhlükəli hidrometeoroloji hadisələr “Rəng Xəbərdarlıq Sistemi” şkalası ilə əhaliyə daha anlaşılan formada çatdırılacaq.

Yeni mexanizmə əsasən, 3 rəng - sarı, narıncı və qırmızı rəng şkalası tətbiq ediləcək.

Hava xəbərdarlığının sarı rəng şkalasında təqdim olunması bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyini proqnozlaşdırıldığı deməkdir. Belə ki, sarı xəbərdarlıqlarda kiçik xəsarətlər üçün bəzi potensial təhlükələr qeyd olunacaq. 

Narıncı rəng xəbərdarlığı isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir. Bu rənglə edilən xəbərdarlıqlara və tövsiyələrə mütləq əməl etmək vacibdir.

Hava xəbərdarlığı qırmızı rənglə edilirsə, bu, ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka çox yüksək, yəni ekstremal risk olduğunun göstəricisidir. Bu rənglə xəbərdarlıqlar şiddətli fırtına və tufan, qasırğa halları zamanı istifadə ediləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!