Havada toz müşahidə olunur

ÖLKƏ

01 May 2024 09:39

Oxunma sayi: 611
Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdır:

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!