Həkim: “Limonla təzyiqi stabil saxlamaq düzgün deyil”

SAĞLAMLIQ

18 May 2023 00:14

Oxunma sayi: 575
Həkim:  “Limonla təzyiqi stabil saxlamaq düzgün deyil”

“Limon faydalıdır, lakin təzyiq məsələsində limon çıxış yolu deyil. Hipertoniyanın müalicəsi kimi limon düzgün seçim deyil”.

Azmedia.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayım zamanı Nazirliyin mütəxəssis eksperti, kardioloq Fərid Əliyev arterial hipertoniya haqqında danışarkən deyib.

O bildirib ki, hipertoniyanın müalicəsi ilə bağlı yüzlərlə dərman var:

“Həkim müayinəsi və təyinatı üzrə bu dərmanlardan hansısa birini istifadə etmək olar. Biz limonun faydalı olmadığını demirik. Sadəcə təzyiq problemi olan insanların bu prosesi limonla nəzarətdə saxlamağa çalışması doğru deyil. Limonun öz faydası var, sarımsağın öz faydası var. Lakin əgər sağlamlıqda hər hansı problem varsa, zəruri dərman preparatlarından istifadə etmək daha məqbul hesab edilir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!