Hərbçilərimizin Aprel qəhrəmanlığı: Döyüş zamanı yoldaşlarına otlar vasitəsilə mesaj ötürdü - VİDEO

ÖLKƏ

05 Aprel 2024 11:07

Oxunma sayi: 144
Hərbçilərimizin Aprel qəhrəmanlığı: Döyüş zamanı yoldaşlarına otlar vasitəsilə mesaj ötürdü -  VİDEO

Azərbaycan Televiziyası aprel döyüşlərində şücaət göstərən hərbçilərlə Lələtəpəyə yollanaraq süjet hazırlayıb.

Həmin süjetdə hərbçilər səkkiz il öncə yaşadıqları hadisələrdən və Ordumuzun qəhrəmanlığından söz açıblar.

Belə ki, aprel döyüşlərinin iştirakçısı olan Üzeyir Nəcəfov deyib ki, 2016-cı il aprelin 2-nə keçən gecə Lələtəpə istiqamətində üç qrup əks-hücum həyata keçərək Ohanyan səddini yarıb və minalanmış ərazi ilə düşmən səddinə yaxınlaşıb.

Həmçinin, aprel döyüşlərinin digər iştirakçılarından biri də Teymur Əliyev olub.

O, döyüşlər zamanı nitq qabiliyyətini tamamilə itirib.

Teymur Əliyev döyüşlər gedən zaman otları əzərək onlardan yoldaşları üçün iz yaradıb. Həmin üsulla hərbçilər Lələtəpə istiqamətində irəliləyə biliblər.

Ətraflı süjetdə:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!