"Ənsarullah" hərəkatı Birləşmiş Ştatlara məxsus daha bir "MQ-9 Reaper" pilotsuz təyyarəsini Yəmən səmasında vurub.
Azmedia.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Məlumata görə, "MQ-9 Reaper" Yəmənin şimalındakı Səada əyalətində yerə salınıb.
Husilər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus və dəyəri 30 milyon dollar olan sayca 11-ci zərbə PUA-sını sıradan çıxarıb.