Azərbaycanda yüksək rütbəli məmur vəfat etdi - FOTO

ÖLKƏ

09 May 2024 11:20

Oxunma sayi: 238
Azərbaycanda yüksək rütbəli məmur vəfat etdi  - FOTO

Şəki şəhər icra hakimiyyəti başçısının müavini dünyasını dəyişib.

Məlumata görə, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova mayın 9-da səhər saatlarında yaşadığı evdə xəstəlikdən vəfat edib.

Məlumata görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!