İlham Əliyev San-Marinonun Regent Kapitanlarına məktub ünvanladı

SİYASƏT

03 Sentyabr 2024 13:37

Oxunma sayi: 939
İlham Əliyev San-Marinonun Regent Kapitanlarına məktub ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Alessandro Rossi və Milena Qasperoniyə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!