İlhamə Həsənova: “vətəndaşlar ən vacib və zəruri hüquqlarını bilməlidir“

MÜSAHİBƏ

09 Yanvar 2020 09:51

Oxunma sayi: 861
İlhamə Həsənova: “vətəndaşlar ən vacib və zəruri hüquqlarını bilməlidir“

"Hər bir vətəndaşın keyfiyyətli yardım almaq hüququ var" 

 

Bu sözləri Azmedia.az-a müsahibəsində Vəkillər Kolleqası İnsan Komissiyasının sədr müavini, 20 saylı vəkil bürosunun rəhbəri İlhamə Həsənova deyib.

 

- Vəkillər kolleqiyasının sədr müavinisiz. Etik davranış normaları ilə bağlı hansı işlər görmüsüz?

 

-Vəkillərin etik davranış qaydaları Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunu vəkillərin  davranış qaydaları haqqında əsasnamə ilə tənzimlənir. "Vəkillərin etik davranış qaydaları" haqqında əsasnaməni 2017-ci il 7 dekabr tarixli konfransında qəbul etdik. Bu əsasnamədə vəkillərin müvəkkilləri ilə, məhkəmə ilə və dövlət orqanları ilə münasibətləri tənzimlənir. Bizim bu davranış normalarına uyğunlaşma prosesinin hardan irəli gəldiyini və nəyə görə lazım olduğunu mən sizə açıqlamaq istəyirəm. Belə hesab edək ki, hal-hazırda hüquqi yardım üzərində hüquqi yardımı həyata keçirən bir inhisar yaranıb. Mən, sizə deyim ki bu çox önəmli bir məsələdir. Bu hüquqi yardımı da yalnız Vəkillər Kolleqasının üzvü həyata keçirə bilər. Azərbaycan Respublikasının konustitusiyasında göstərilir ki, "Hər bir vətəndaşın keyfiyyətli yardım almaq hüququ var" həmin o hüquqi yardımı isə yalnız bu sahədə ixtisaslaşmış şəxslər peşəkarcasına icra edə bilər. 

 

 - Əgər vəkil hər hansısa bir situasiyada müvəkilinin etdiyi bir işə şahid olubsa məhkəmə zamanı həm şahid, həm də vəkil kimi çıxış edə bilərmi?

- Xeyr. Vəkil şahid qismində icratında olan işlə bağlı ona məlum olan faktlara görə, şahid qismində dindirilə bilməz. Məsələn mən hər hansısa bir cinayət işində hüquqi yardım göstərirəmsə, şahid qismində yalnız o halda dindirilə bilərəm ki, bu müdafiə tərəfin mövqeyinə uyğun olsun. Və mən şahid qismində dindirilirəmsə artıq həmin işdən vəkil kimi uzaqlaşdırılacam. 

 

- Bildiyimiz kimi fərdi fəaliyyət göstərən vəkillər də var. Bu qanunlar onlara da şamil olunurmu? 

- Əlbəttə. Vəkillər ya vəkil qurumlarında, ya da fərdi fəalliyət göstərə bilirlər. Fərdi fəalliyət göstərən bütün vəkillərin fəalliyyətə başlamaq üçün ilk öncə Vəkillər Kollegasının Rəyasət Heyyətinə müraciət etməlidirlər. Bunun üçün onların fəailliyyət göstərdikləri ünvan və başqa  lazımi şərtlər olmalıdır. Bunu komissiya araşdırır və lazım olan tələblərə uyğunluq varsa həmin şəxslərə fərdi fəailliyyət göstərmək üçün icazə verilir. O vəkillərdə Vəkillər Kollegasının üzvüdürlər. Və bütün qanunlar onlara da şamil olunur. 

 

- Bəs dövlətə vergini də eyni miqdarda ödəyirlər?

Bəli. 

 

- Vətəndaş müraciət etdiyi insanın doğurdan da vəkil olub olmamasını və Vəkillər Kollegasının üzvü olmasını necə öyrənə bilər?

- Bunun üçün ilk öncə reysterə müraciət etmək lazımdır. Reysterdə həmin şəxsin adını, soydadını və ata adını söylədikdə və o şəxsin adı orda çıxarsa deməli o, Vəkillər Kolleqasının üzvüdür. 

 

- Bir çox vətəndaşlarımız hüquqlarını bilmədikləri üçün özlərini müdafiə edə bilmirlər. Sizcə bunun üçün hüquqi marifləndirmə işləri həyata keçrilməlidirmi?

 

- Düşünürəm ki, vətəndaşlar ən vacib və zəruri hüquqlarını bilməlidir. Bu hüquqi marif məktəblərdən başlamalıdır. Biz bunu məktəblərdə katiqoriyalara bölmüşük məsələn uşaqların hansı yaşda olmasından aslı olaraq bilməli olduqları hüquqları var. Hal-hazırda bu biliklər onlara "Həyat bilgisi" fənnində verilir. Lakin mən düşünürəm ki, bu yetərli deyil. Hazırda Vəkillər Kolleqası da bu istiqamətdə böyük lahiyələr üzərində işləyir. Hər bir vətəndaş öz hüququnu bilməlidir ki, dövlətin onlar üçün yaratdığı imkanlardan da laiqincə yararlana bilsinlər. 

 

Rəqsanə İsayeva

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!