İlon Mask “Twitter 2.0”ni təqdim etdi FOTO

İKT

28 Noyabr 2022 11:39

Oxunma sayi: 493
İlon Mask “Twitter 2.0”ni təqdim etdi   FOTO

İlon Mask “Twitter”də korporativ çıxışı zamanı onu müşayiət edən slaydların bir neçəsini öz səhifəsində paylaşıb.

Bunun sayəsində “Twitter 2.0” və ya “Hər şey üçün tətbiq” konsepsiyasının bəzi məqamları məlum olub.

Belə ki, Mask “Twitter”ə interaktiv reklam əlavə etməyi planlaşdırır.

Həmçinin “Twitter 2.0”də uzun tvitlər, bəzi yeni video funksiyaları və ödəniş sistemində dəyişikliklər olacaq.

Nəhayət, “Twitter”də şəxsi mesajlar şifrələnəcək.

Bildirilir ki, Mask “Direct Messages” vasitəsilə səsli və video zəngləri həyata keçirmək istəyir. Eyni zamanda, “Twitter”də istifadəçi adlarının olması səbəbindən istifadəçilər telefon nömrələrini dəyişdirməyəcəklər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!