İlon Mask “Twitter”ə illərdir tələb olunan funksiyanı əlavə etməyi düşünür FOTO

İKT

06 Aprel 2022 09:34

Oxunma sayi: 400
İlon Mask “Twitter”ə illərdir tələb olunan funksiyanı əlavə etməyi düşünür   FOTO

“Twitter”in ən böyük səhmdarlarına çevrilən və tezliklə Direktorlar Şurasının tərkibinə daxil olacaq milyarder İlon Mask “Twitter”ə illərdir tələb olunan funksiyanı əlavə etməyi düşünür.  

Belə ki, artıq “tvit”lərin redaktəsi mümkün ola bilər.

Bunula bağlı sahibkar sosial şəbəkədə sorğu keçirib.

“Düzəliş düyməsini istəyirsinizmi?” sorğusunda əksəriyyət “bəli” cavabını verib.

“Twitter”in hazırkı Baş direktoru Maskın “tviti”ni paylaşaraq, bu sorğunun nəticələrinin əhəmiyyətli olacağını bildirib.

Qeyd edək ki, “tvit”ə redaktə funksiyasını əlavə etmək illərdir məhək daşına çevrilib. Bəzi istifadəçilər belə bir opsiyanın uyğunlaşdırılması ideyasını dəstəklədi, bəziləri isə qarşı çıxıb. 2020-ci ildə “Twitter”in həmtəsisçisi və o zamankı icraçı direktoru Cek Dorsi bu sosial şəbəkədə ehtimal ki, heç bir zaman  redaktə düyməsini əlavə etməyəcəyini demişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!