İlon Mask xəbərdarlıq etdi: “Twitter” iflasa uğraya bilər”

İKT

12 Noyabr 2022 08:32

Oxunma sayi: 480
İlon Mask xəbərdarlıq etdi:  “Twitter” iflasa uğraya bilər”

Sahibkar İlon Mask “Twitter” işçilərinə ilk müraciəti zamanı şirkətin iflasa uğraya biləcəyini açıqlayıb.

O bildirib ki, şirkətin gəlirləri artmasa, müəssisə müflis ola bilər.

Mənbələrin məlumatına görə, bir müddət əvvəl “Twitter”in sahibi olan iş adamı şirkət əməkdaşlarına bir sıra sərt xəbərdarlıqlar edib. İşçilərə ofisdə 40 saatlıq iş həftəsinə hazır olmaları bildirilib. Həmçinin ofisdə pulsuz yemək kimi üstünlüklərin də ləğv olunacağı qeyd edilib.

Bundan əlavə, Mask işçilərə evdən işləməyi də qadağan edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!