İlon Mask yeni süni intellekt işə salacaq: “Çətin ki, bu, insanları məhv etmək arzusuna düşsün”

İKT

19 Aprel 2023 04:00

Oxunma sayi: 689
İlon Mask yeni süni intellekt işə salacaq: “Çətin ki, bu, insanları məhv etmək arzusuna düşsün”

Amerikalı milyarder İlon Mask “TruthGPT” söhbət botunun özünə məxsus yeni versiyasını işə salmaq niyyətində olduğunu açıqlayıb.

Onun fikrincə, bu, “təhlükəsizliyə doğru aparan düzgün yol” olacaq.

Mask bununla bağlı planları barədə “Fox News” telekanalının aparıcısı Taker Karlsona danışıb.

“Mən “TruthGPT” adlandırdığım bir şeyi işə salmağa çalışıram. Və ya bunu həqiqət axtarışında olan süni intellekt də adlandırmaq olar. Bu süni intellekt kainatın xüsusiyyətlərini anlamağa çalışacaq”, - deyə sahibkar qeyd edib.

Onun sözlərinə görə, bu, “təhlükəsizliyə aparan doğru yol” olacaq. Çünki yeni süni intellekt “kainatın dərk edilməsinə önəm verir” və çətin ki, onun “maraqlı hissəsi” olan insanları məhv etmək arzusuna düşsün.

Bununla belə Mask etiraf edib ki, süni intellekt “sivilizasiyanı məhv etmək potensialı”na malikdir.

Mənbə: News.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!