İngiltərə nəhəngi “Qarabağ“dan bu oyunçunu istəyir

İDMAN

06 Aprel 2024 14:18

Oxunma sayi: 1360
İngiltərə nəhəngi “Qarabağ“dan bu oyunçunu  istəyir

Daha bir futbolçu mövsümün sonunda "Qarabağ"dan ayrıla bilər.

Azmedia.Az Offsideplus.az-a istinadən xəbər verir ki, söhbət Andrey Lunyovdan gedir. Rusiyalı qolkiperlə "Nyukasl" yaxından maraqlanır. Bu məlumatı Britaniya mətbuatı yayıb.

Qapıçı hələ mövsümün əvvəlində də Premyer Liqa təmsilçisinin gündəmində olub. Lakin həmin vaxt Lunyov ehtiyat qolkiper olmaq istəmədiyindən, təklifi rədd etmişdi. “Sağsağanlar” onun “Qarabağ”dakı çıxışını diqqət mərkəzində saxlayıb. “Nyukasl” rəhbərliyi yayda azad agent statusu daşıyacaq Lunyova yenidən təklif göndərməyi planlaşdırır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!