İngiltərə Premyer Liqası klubunun xalları silindi

İDMAN

19 Mart 2024 00:10

Oxunma sayi: 171
İngiltərə Premyer Liqası klubunun xalları silindi

“Nottingem Forest” futbol klubu mənfəət və davamlı inkişaf qaydalarını pozduğuna görə dörd xaldan məhrum edilib.

Azmedia.Az xəbər verir ki, bu barədə klubun çıxış etdiyi İngiltərə Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.

Bundan sonra “Nottingem Forest” İngiltərə çempionatının turnir cədvəlində 21 xalla 18-ci pillədə qərarlaşıb. Komanda 17-ci yerdə olan “Luton”dan bir xal geri qalır.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!