“Instagram”a çoxdan gözlənilən yeni funksiya gəlir

İKT

28 Mart 2022 09:50

Oxunma sayi: 398
“Instagram”a çoxdan gözlənilən yeni funksiya gəlir

Tətbiq proqramlaşdırıcısı Alessandro Paluzzi “Instagram”ın yeni funksiya üzərində işlədiyini bildirib.

Onun sözlərinə görə, tətbiq bu yaxınlarda istifadəçilərə hekayələr (stories) bölümündə qarşılıqlı əlaqəni artırmaq üçün yeni imkanlar verəcək funksiyanı tətbiq etməyi düşünür. Belə ki, tezliklə hekayələrə səsli şərh vermək mümkün olacaq.

Paluzzi hətta yeni interfeys funksiyasının ekran görüntüsünü də paylaşıb.

Onun iddialarına baxmayaraq, “Instagram”dan hələlik mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!