İran HƏRƏKƏTƏ KEÇİR - 48 saat ərzində...

SİYASƏT

12 Aprel 2024 19:56

Oxunma sayi: 369
İran HƏRƏKƏTƏ KEÇİR -  48 saat ərzində...

İranın yaxın 24-48 saat ərzində İsrailə şimaldan və ya cənubdan birbaşa hücum edəcəyi gözlənilir.

Azmedia.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən məlumat verib.

Nəşrin adını açıqlamayan həmsöhbəti hücum planlarının müzakirə edildiyini, lakin hələlik yekun qərarın verilmədiyini açıqlayıb. 

“Axios” portalının məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian alman həmkarı Annalena Baerboka söz verib ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Tehranın cavabı məhdud olacaq.

Qeyd edək ki, aprelin 1-də İsrail Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə hücum edib. Hücumda iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş zabiti həlak olub./musavat.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!