İran prezidenti Həsən Ruhani ABŞ a səfər edir

DÜNYA

21 Sentyabr 2019 14:35

Oxunma sayi: 295
İran prezidenti Həsən Ruhani ABŞ   a səfər edir

İran prezidenti Həsən Ruhani cari ayın 23-ü ABŞ-ın Nyu-York şəhərinə səfərə gedəcək.

 

Azmedia.Az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Prezident Administrasiyasından məlumat verilib.

 

Bildirilib ki, Həsən Ruhani gələn həftənin bazar ertəsi günü BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka yola düşəcək.

 

Qeyd edək ki, İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ötən gün Nyu-Yorka yola düşüb. Cavad Zərif bildirib ki, İran rəhbərliyi bu səfər çərçivəsində bir sıra dünya dövlət başçıları ilə, xüsusilə də nüvə sazişində qalan 4+1 ölkələrinin dövlət başçıları ilə görüşlər keçirəcək.

 

İran XİN bu səfər çərçivəsində ABŞ rəsmilərilə hər hansı bir görüşün baş tutmasını təkzib edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!