İran səfiri Mehdi Sobhani və Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan regiondakı vəziyyət və Ermənistan-İran münasibətləri müzakirə ediliblər.
Azmedia.Az xəbər verir ki, görüşdə əsas mövzu kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən ekstraterritorial dəhlizin açılmasının yolverilməzliyi olub.
Qriqoryanın sözlərinə görə, Ermənistan ərazisindən keçən istənilən əlaqə onun nəzarəti və milli suverenliyi altında olmalıdır və İrəvan istənilən “dəhliz” məntiqinin əleyhinədir.
TŞ katibi Ermənistan-İran sərhədini "sülh və dostluq sərhədi" adlandırıb və əlavə edib ki, heç bir qüvvə bunu pozmağa qadir deyil.
Öz növbəsində, İran səfiri Tehranın regionda sərhədlərin istənilən dəyişikliyinə qarşı çıxan prinsipial mövqeyini bir daha xatırladıb.