İranda onlarla həkim saxta spirtli içkidən zəhərlənib - FOTO

DÜNYA

30 Aprel 2024 14:50

Oxunma sayi: 292
İranda onlarla həkim saxta spirtli içkidən zəhərlənib  - FOTO

İranın Şiraz şəhəri ətrafındakı bağların birində şənlik keçirən 29 həkim saxta spirtli içki qəbul etdiyi üçün zəhərlənib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Bildirilib ki, bir qadın həkim ölüb, başqa bir həkim isə komadadır.

Qeyd olunub ki, saxta spirtli içkilərin satıcısı kütləvi zəhərlənmə hadisəsindən sonra həbs edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!