İranda zəlzələ oldu

ÖLKƏ

07 Aprel 2024 16:34

Oxunma sayi: 505
İranda zəlzələ oldu

İranın cənub-şərqində 4,5 maqnitudalı zəlzələ olub.

Azmedia.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji mərkəzi bildirib.

Mərkəzin verilənlərinə əsasən, zəlzələnin episentri ölkənin Kirman ostanının Şəhdad şəhristanından 24 km aralıda olub. Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib.

Agentlik bildirib ki, ostanın mərkəzi Kirman şəhərinin əhalisi də yeraltı təkanları hiss edib.

Tələfat və dağıntı barədə məlumat verilməyib

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!