İrandan 6 kiloqramdan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb - FOTO

ÖLKƏ

29 Aprel 2024 11:01

Oxunma sayi: 265
İrandan 6 kiloqramdan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb  - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının sərhədçiləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

Bu barədə DSX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!