İsmayıllıda dəhşətli qəza: Yük maşınları toqquşdu - VİDEO

ÖLKƏ

28 Fevral 2024 13:00

Oxunma sayi: 175
İsmayıllıda dəhşətli qəza: Yük maşınları toqquşdu -  VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Azmedia.Az nazirliyə istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” və “Isuzu” markalı yük avtomobillərinin toqquşması nəticəsində qəza baş verib və sürücülər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!