İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

DÜNYA

17 Aprel 2024 04:13

Oxunma sayi: 160
İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? -  Qərar AÇIQLANDI

İsrail Müdafiə Qüvvələri (IDF) İranın hücumuna necə cavab verəcəkləri barədə artıq qərar verib.

Məlumata görə, İDF hələ də cavab hücumunun vaxtını müəyyənləşdirməyib.

Bildirilib ki, variantlar arasında İranın nüvə obyektlərinə zərbə endirmək və ya dron obyektlərini və ya ballistik raketləri vurmaq daxildir.

Bundan əlavə, İsrail kiberhücum və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Mənbə: lenta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!