İşsizləri sevindirəck XƏBƏR: Nazirlikdə iş var

ÖLKƏ

07 Oktyabr 2019 19:38

Oxunma sayi: 400
İşsizləri sevindirəck XƏBƏR:     Nazirlikdə iş var

“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur.
 

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Azmedia.az-a verilən məlumata görə, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Bakı şəhəri və respublikamızın regionlarında fəaliyyət göstərən vergiödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi faəliyyət göstərmək üçün bu ilin oktyabrın 16-dək nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn müraciət edə bilərlər.


Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları (və ya təhsil aldıqları) ünvana uyğun aparılacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!