İstanbulda terror törədən şəxsə 1794 il həbs cəzası verildi

DÜNYA

26 Aprel 2024 14:38

Oxunma sayi: 236
İstanbulda terror törədən şəxsə 1794 il həbs cəzası verildi

PKK terror təşkilatının təlimatı ilə 13 noyabr 2022-ci ildə İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı məhkəmə tərəfindən yekun qərar qəbul edilib.

Azmedia.Az  bildirir ki, bu barədə TRT Haber məlumat yayıb.

Qeyd olunub ki, terror aktını törətməkdə günahlandırılan Əhlam Əlbəşir 7 dəfə ağırlaşdırılmış ömürlük həbslə 1794 il həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, 13 noyabr 2022-ci ildə törədilən terror aktı nəticəsində 6 nəfər həyatını itirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!