İtaliyalı deputat “Duty free”dən ətir oğurlamaqda şübhəli bilinir - FOTO

MARAQLI

02 May 2024 11:14

Oxunma sayi: 397
İtaliyalı deputat “Duty free”dən ətir oğurlamaqda şübhəli bilinir  - FOTO

İtaliya parlamentinin üzvü Romanın “Fyumiçino” hava limanında “Duty free”dən ətir oğurlamaqda şübhəli bilinir.

Qeyd olunur ki, o, aprelin 15-də mağazadan cibində ətirlə çıxarkən saxlanılıb. Satıcının dediyinə görə, kişi hələ 2023-cü ilin dekabrında çamadanında eyni firmanın ətirini gizlətməyə çalışsa da, bu, satıcının diqqətini çəkdikdən sonra deputat ödəniş etməli olub. O, həmçinin 2024-cü ilin martında da cibində ətir keçirib.

Hadisə müşahidə kameralarına düşüb. Ətirin qiyməti təxminən 100 avrodur.

Fassino özü bunu anlaşılmazlıq adlandırıb və diqqətinin yayındığını bildirib.

Xatırladaq ki, 2000-ci illərdə o, Xarici Ticarət və Ədliyyə Naziri vəzifəsində çalışıb, 2011-2016-cı illərdə isə Turin meri olub.

 

Mənbə: Repubblica

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!