Juninyo və Zubirdən sonra, o da gedir

İDMAN

02 Aprel 2024 10:08

Oxunma sayi: 882
Juninyo və Zubirdən sonra,  o da gedir

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Fransaya geri dönə bilər.

Azmedia.Az bildirir ki, Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, Liqa 1 klubları onunla yaxından maraqlanır.

Son zamanlar uğurlu çıxışı ilə yadda qalan "7 nömrə" Fransa klublarının marağına səbəb olub. Bəzi komandalar yayda onun transferi üçün “Qarabağ”la əlaqə saxlamağı planlaşdırır.

Qeyd edək ki, Lion “Olimpik”inin yetirməsi olan Yassin Benzia Fransada “Lill” və “Dijon”da da çıxış edib. 29 yaşlı futbolçunun “köhlən atlar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!