Kanadada dünyanın ən böyük haker hücumlarında şübhəli bilinən rusiyalı həbs edilib

İKT

11 Noyabr 2022 11:15

Oxunma sayi: 477
Kanadada dünyanın ən böyük haker hücumlarında şübhəli bilinən rusiyalı həbs edilib

Kanadada dünyanın ən böyük haker hücumlarını törətməkdə şübhəli bilinən rusiyalı həbs edilib.

Bu barədə cümə axşamı Avropa Polis Agentliyi (Avropol) məlumat yayıb.

Təşkilatın məlumatına görə, 33 yaşlı rusiyalı “LockBit” virus roqramından bütün dünyada kritik infrastruktura və iri sənaye şirkətlərinə hücumlar təşkil etməkdə şübhəli bilinir.

“O, həmçinin 5 milyondan 70 milyon avroya qədər ağlasığmaz girov tələb etməsi ilə tanınır”, - Avropol bildirib.

İstintaq Fransa hüquq-mühafizə orqanları tərəfindən ABŞ və Kanadanın, həmçinin Avropolun dəstəyi ilə aparılır.

Şübhəli şəxs bu il oktyabrın 26-da keçirilən reyd zamanı saxlanılıb. Onun üzərindən 2 odlu silah, 8 kompüter, 32 sərt disk və 400 min avro dəyərində kriptovalyuta götürülüb. Hakerə qarşı rəsəmi ittihamların ABŞ-da irəli sürüləcəyi gözlənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!