“Kayserispor” klubunun prezidenti “Jeep“lə qəza törətdi - FOTO/VİDEO

DÜNYA

25 Mart 2024 14:00

Oxunma sayi: 164
“Kayserispor” klubunun prezidenti “Jeep“lə qəza törətdi -  FOTO/VİDEO

Türkiyənin “Kayserispor” klubunun prezidenti Ali Çamlı yol-nəqliyyat hadisəsi törədib.

Azmedia.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ali Çamlının "Jeep" markalı maşını qarşıdan gələn velosipedlə toqquşub.

Qəza yerinə polis və təcili yardım çağırılıb.

Velosipedi idarə edən 60 yaşlı İ.M adlı suriya vətəndaşı Kayseri Şəhər xəstəxanasına aparılıb.

Ona ilkin tibbi müdaxilələr edilsə də həyatını itirib. 

Handisə ilə bağlı cinayət işi açılıb. İstintaq aparılır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!