Keçmiş həyat yoldaşının işlədiyi mağazaya gələn kişi mağazanın altını üstünə çevirdi - FOTO

ÖLKƏ

30 Aprel 2024 20:55

Oxunma sayi: 183
Keçmiş həyat yoldaşının işlədiyi mağazaya gələn kişi mağazanın altını üstünə çevirdi -  FOTO

Mingəçevirdə içkili vəziyyətdə keçmiş həyat yoldaşının işlədiyi mağazaya gələn kişi mağazanın altını üstünə çevirdi.     

Azmedia.Az-ın məlumatına görə hadisə Günəşli yaşayış massivində yerləşən Şərab evi mağazasında baş verib.

Keçmiş həyat yoldaşının işlədiyi mağazaya gələn içkili kişi ilkin məlumata görə orada mübahisə edib və ardınca mağazanın altını üstünə çevirib.

Mağazanın işində və çölündə əşyalar, içkilər və hətta soyuducular yerə atılıb və yararsız vəziyyətə salınıb.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!