Kəlbəcərdə yeni məktəb binası tikilir - VİDEO

ÖLKƏ

28 Fevral 2024 11:02

Oxunma sayi: 161
Kəlbəcərdə yeni məktəb binası tikilir -  VİDEO

Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir.

Bu barədə Azmedia.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir.

Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!