Kəlbəcərədə bədbəxt hadisə: Ölənlər var - FOTO/VİDEO

ÖLKƏ

12 Aprel 2024 01:23

Oxunma sayi: 392
Kəlbəcərədə bədbəxt hadisə: Ölənlər var -  FOTO/VİDEO

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azmedia.Az apa-ya istinadla bildirir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə avtomobilin sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!