Keşlə bazarı sökülür? - RƏSMİ AÇIQLAMA (VİDEO)

ÖLKƏ

09 May 2024 12:32

Oxunma sayi: 488
Keşlə bazarı sökülür?  - RƏSMİ AÇIQLAMA (VİDEO)

Bir neçə gündür Keşlə bazarının söküləcəyinə dair xəbərlər yayılır. Məlumata görə, yeni salınan yolun bu ərazidən keçməsi planlaşdırılır.

Azmedia.Az  xəbər verir ki, məsələyə Nərimanov Rayon İcra Hakimiyyəti münasibət bildirməyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə İctimai TV-yə bildirilib ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. İşlər yekunlaşandan sonra bu barədə dəqiq nəsə demək olar.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!