“Keşlə“ Nigeriya və Anqoladan olan hücumçuları sınaqdan keçirəcək

İDMAN

03 Sentyabr 2019 13:58

Oxunma sayi: 318
“Keşlə“ Nigeriya və Anqoladan olan hücumçuları sınaqdan keçirəcək

Premyer Liqada çıxış edən “Keşlə” komandasının baş məşqçisi Tərlan Əhmədov bu gün Küveytin “Əl-Fehahil” komandası ilə yoxlama matçında baxışda olan iki legioner futbolçunu sınaqdan keçirəcək.

Azmedia.az xəbər verir ki, onlardan biri Patrik Fraydey Ezedir. 26 yaşlı nigeriyalı forvardın son iş yeri Polşanın “Rakuv” klubu olub. Digər oyunçu isə Aleşandre Kriştovandır. 26 yaşlı anqolalı hücumçu son olaraq Rumıniya “Dinamo” (Buxarest) komandasında çıxış edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionun köməkçi meydançasında keçiriləcək matç saat 17:00-da başlayacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!