Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar - FOTO

ÖLKƏ

06 May 2024 11:35

Oxunma sayi: 327
Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar  - FOTO

Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  Azmedia.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini Röyal Əliyev və Lənkəran şəhər sakini Şəhriyar Əhmədzadə saxlanılıblar. Ş.Əhmədzadənin idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 16 kiloqram marixuana və 480 ədəd metadon həbi aşkarlanıb. Onların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə əlbir olaraq

Bakı şəhərinə çatdırmağı planlaşdırdıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.

 

Tural Ədalətoğlu

Azmedia.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!