Kolumbiyada aylardır davam edən meşə yanğınlarından qorxunc görüntülər - FOTO/VİDEO

DÜNYA

26 Fevral 2024 16:23

Oxunma sayi: 160
Kolumbiyada aylardır davam edən meşə yanğınlarından qorxunc görüntülər -  FOTO/VİDEO

Kolumbiyada 2023-cü ilin noyabrından başlayan meşə yanğınları hələ davam edir, həmin vaxtdan bəri təxminən 7401 hektar meşə sahəsi məhv olub.

Azmedia.Az xəbər verir ki, bu barədə ölkədə fəlakət risklərinin idarə edilməsi bölməsinin nümayəndələri bildiriblər.

Sosial şəbəkələrdə hələ də davam edən təbii fəlakətin miqyasını göstərən kadrlar yayılıb.

Ən təhlükəli meşə yanğınları Boqotanın şərq təpələrində qeydə alınanlardır. Tüstü bütün paytaxt ərazisini bürüyüb.

Qeyd edək ki, davam edən yanğınlar, həmçinin mart ayı üçün mənfi proqnozlar səbəbindən hökumət ölkədə fövqəladə vəziyyət elan edib.

Mənbə: rossaprimavera.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!