Konor Makqreqor rinqə qayıdır Dekabrda döyüşü olacaq

MARAQLI

17 Sentyabr 2019 11:57

Oxunma sayi: 304
Konor Makqreqor rinqə qayıdır   Dekabrda döyüşü olacaq

Keçmiş UFC çempionu Konor Makqreqor yenidən rinqə çıxır. Azmedia.az xəbər verir ki, o, bu barədə şəxsi Tvitter hesabında məlumat verib. İdmançı dekabr ayında, Dublin şəhərində döyüşə çıxacağını elan edib.

Qreqorun tviti maraqla qarşılanıb. Onun fanatları statusa "Əfsanə qayıdır", "Kral qayıtdı" kimi şərhlər yazıblar.

Qeyd edək ki, Həbib Nurməhəmmədova məğlub olduqdan sonra onunla rinqdən kənarda savaşdığına görə 6 aylıq cəzalandırılan irlandiyalı idmançı bu vaxta qədər 25 döyüşə çıxıb. O, 4 dəfə məğlub olsa da, qalan 21-döyüşünü qələbə ilə başa vurub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!