Körpənin ağzına silah salıb VİDEOya çəkən kişi həbs olundu

MARAQLI

16 Sentyabr 2019 16:33

Oxunma sayi: 304
Körpənin ağzına silah salıb VİDEOya çəkən kişi həbs olundu

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

Azmedia.Az bildirir ki, görüntülərdə ərəbin körpənin ağzına saldığı silahdan atəş açması əks olunub.

Səudiyyəli kişi silahı körpənin ağzına salıb çıxartdıqdan sonra havaya atəş açıb. O, bunu uşağın dünyaya gəlişini qeyd etmək məqsədi ilə edib.

Gulf News-un məlumatına görə, təhlükəli hərəkətlər törədən şəxs saxlanılıb. Onun silahı əlindən alınıb, özü barədə isə həb qəti imkan tədbiri seçilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!