Kosmetoloq qara nöqtələrə qarşı ən təsirli vasitələri açıqladı

SAĞLAMLIQ

04 May 2023 08:30

Oxunma sayi: 527
Kosmetoloq qara nöqtələrə qarşı ən təsirli vasitələri açıqladı

Əgər yağ vəzlərinizin geniş kanalı varsa, dəridəki qara ləkələrdən əbədi olaraq xilas olmaq mümkün olmayacaq.

Azmedia.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Rassvet klinikasının dermatoloqu Vera Voronina məlumat verib.

"Adətən qara nöqtələr oksidləşmə nəticəsində qaralmış piy vəziləridir Bu zaman pilinq və təmizləmə ilə qara nöqtələrdən müvəqqəti olaraq xilas olmaq olar - vəzilərin kanallarında piy toplanan kimi hər şey öz yerinə qayıdacaq" - o, qeyd edib.

Onun sözlərinə görə, ultrasəs üz təmizləməsi ilə daha effektiv nəticə əldə etmək mümkündür, çünki bu prosedur dərini ən az zədələyir. Ev şəraitində isə benzoil peroksid və turşuları olan məhsullar uyğun gələcək. Ancaq yağ vəzlərinin ifrazat kanalı böyükdürsə, o zaman nöqtələrdən qurtulmaq mümkün deyil. Voronina vurğulayıb ki, bu parametri hətta lazerlə yenilənmə ilə dəyişmək mümkün deyil, çünki bu, bir insanda anadangəlmə var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!