Küçəyə atılan professorun kirayəsini Fond ödəyəcək

ÖLKƏ

01 Aprel 2024 20:11

Oxunma sayi: 613
Küçəyə atılan professorun kirayəsini  Fond ödəyəcək

Beş gündür küçədə gecələyən professor Fazil Qaraoğlu ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Azmedia.Az Sfera.az-a istinadən xəbər verir ki, alimin 1 illik kirayə haqqı Fond tərəfindən ödəniləcək.

Xatırladaq ki, Ankaranın Gazi Universitetində çalışan F.Qaraoğlu Bakıya qayıtdıqdan sonra 17 il paytaxtda kirayədə yaşayıb. Professor yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən bir neçə gün öncə ev sahibi tərəfindən mənzildən çıxarılıb. Deyilənə görə, professor sığınacağa getməkdən imtina edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!