Lənkəranda 62 yaşlı kişi özünü bıçaqlayıb

ÖLKƏ

29 Aprel 2024 17:51

Oxunma sayi: 360
Lənkəranda 62 yaşlı kişi özünü bıçaqlayıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Xəbərə görə, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1962-ci il təvəllüdlü İbrahim Ağacan oğlu Səfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. İ. Səfərov əməliyyata götürülüb.

İlkin məlumata görə, İ.Səfərov bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma gedir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!