Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkarlanıb

ÖLKƏ

26 Aprel 2024 20:07

Oxunma sayi: 258
Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkarlanıb

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkarlanıb.

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  Azmedia.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması halı aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tural Ədalətoğlu

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!