Leysan, qar, dolu... Bu tarixdən hava KƏSKİN DƏYİŞİR

ÖLKƏ

20 Mart 2024 19:32

Oxunma sayi: 1740
Leysan, qar, dolu...  Bu tarixdən hava KƏSKİN DƏYİŞİR

Martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Bu barədə Azmedia.Az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!