Maddələr mübadiləsinin sürətini artıran və arıqlamağı asanlaşdıran QİDALAR

SAĞLAMLIQ

02 May 2024 09:38

Oxunma sayi: 317
Maddələr mübadiləsinin sürətini artıran və arıqlamağı asanlaşdıran  QİDALAR

“Zülalla zəngin qidalar yeyərək maddələr mübadiləsinin sürətini artıra və arıqlamağı asanlaşdıra bilərsiniz”.

Bunu rusiyalı diyetoloq Marina Kopıtko deyib.

Zülal məhsulları (yumurta, ət, paxlalılar, su), B qrup vitaminlər (kəpək, taxıl, püstə), ədviyyatlar (keşniş, darçın, paprika, istiot) maddələr mübadiləsinin sürətini artırmağa kömək edir. Ancaq bunun üçün təkcə qidalanma kifayət deyil: fiziki fəaliyyət də lazımdır - müntəzəm məşq etmək və gündə 10-12 min addım atmaq.

Həkim əlavə edib ki, mədə-bağırsaq xəstəlikləri olan insanlar ədviyyatlara qarşı son dərəcə diqqətli olmalıdırlar, çünki onlar qastrit, xora, xolelitiazın (öd kisəsində daş) kəskinləşməsinə səbəb ola bilər.

Mənbə: gazeta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!