Mask “sağ əli” olan adama yeni vəzifə verdi FOTO

İKT

08 Dekabr 2022 14:06

Oxunma sayi: 568
Mask “sağ əli” olan adama yeni vəzifə verdi   FOTO

Amerikalı sahibkar, “Twitter”in sahibi İlon Mask sosial şəbəkədə işləmək üçün əmisi oğlanlarına, hüquqşünasına və “sağ əli”nə vəzifə verib.

Mənbənin məlumatına görə, İlonun iki əmisi oğlu Ceyms və Endryu Mask hazırda “Twitter”də tam iş günü işləyirlər. Endryu Mask proqram təminatı layihələri üzərində işləyir, Ceyms müxtəlif tapşırıqlarda İlona kömək edir.

“Twitter” komandasına həmçinin İlon Maskın şəxsi vəkili Aleks Spiro və “sağ əli” Cared Birçall da (Mask ailəsinin “Excession” investisiya şirkətinin rəhbəri) qoşulublar.

Mənbədən o da bildirilir ki, Maskın müğənni Qreymsdən olan iki yaşlı oğlu X Æ A-12 şirkətin ofisində tez-tez görünür.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!