Mask “Twitter” işçilərinə ilk məktubunu göndərdi: “Ofisə gəlin”

İKT

11 Noyabr 2022 20:40

Oxunma sayi: 584
Mask “Twitter” işçilərinə ilk məktubunu göndərdi:  “Ofisə gəlin”

Milyarder, "Twitter"in yeni sahibi İlon Mask öz işçilərinə ilk məktubunu göndərib.

 

Azmedia.az  xəbər verir ki, məktubun məsafədən işin başa çatması ilə bağlı olduğu bildirilir.

Bu barədə məktuba istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, işçilər həftədə ən azı 40 saat ofisdən işləyəcəklər. Yalnız Mask özü razılıq verdiyi istisna hallarda onlar məsafədən işləyə bilərlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!