Rusiyalı teleaparıcı Aleksandr Maslyakov həyatının son günlərini palliativ yardımla məşğul olan bölmədə keçirib.
Azmedia.Az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Məlumatla görə, Maslyakov son iki ildə onkologiya ilə mübarizə aparıb. Səkkiz ay əvvəl həkimlər ona müalicənin artıq effekt vermədiyini bildiriblər.
Müalicə dövründə teleaparıcı jurnalistlərlə əlaqəni kəsməyi üstün tutub və bütün diqqətini ailəsinə həsr edib.
Aleksandr Maslyakov dünən 83 yaşında vəfat edib. Ölüm səbəbi ağciyər xərçəngi olub.