“Mavi işarə”ni ödənişlə əldə etmək mümkün olacaq

İKT

20 Fevral 2023 12:10

Oxunma sayi: 709
“Mavi işarə”ni ödənişlə əldə etmək mümkün olacaq

Artıq “Facebook” və “Instagram” istifadəçiləri ödənişlə “mavi işarə”ni əldə edə biləcəklər.

Bu barədə “Meta” şirkətinin baş direktoru Mark Zukerberq özünün “Facebook” hesabında yazıb.

“Meta”nın baş direktoru bildirib ki, bu funksiya hesabların həqiqiliyini və xidmətlərin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.

“Mobil telefonlarda ayda 14,99 dollar, veb-versiyada isə aya 11,99 dollar ödəməklə bu xidmətdən istifadə etmək mümkün olacaq”, - deyə Mark Zukerberq vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!