Mbappe Messinin rekordunu qırdı

İDMAN

11 Aprel 2024 09:25

Oxunma sayi: 395
Mbappe Messinin rekordunu  qırdı

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə ilk oyunda (2:3) meydana çıxmaqla rekorda imza atıb.

Azmedia.Az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə "Stats Foot" məlumat yayıb.

Mənbənin məlumatına görə, Mbappe 25 yaş 112 gündə Çempionlar Liqasında 70 matçda meydana çıxan ən gənc oyunçu oldu.

Bundan əvvəl rekord Lionel Messiyə (25 il 121 gün) məxsus idi. Reytinqdə üçüncü yeri Raul (25 il 125 gün) tutur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!