Məhkəmə keçmiş MTN generalı ilə bağlı QƏRAR VERDİ - FOTO

ÖLKƏ

04 Sentyabr 2024 16:38

Oxunma sayi: 138
Məhkəmə keçmiş MTN generalı ilə bağlı  QƏRAR VERDİ - FOTO

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, həbsdə olan general-mayor Elçin Quliyevin azadlığa buraxılması ilə bağlı şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Azmedia.Az apa-a istinadən xəbər verir ki, kassasiya şikayəti üzrə bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin olunmayıb.

Qeyd edək ki, E. Quliyev məhkəməyə vaxtından əvvəl, şərti olaraq azadlığa buraxılması üçün müraciət edib.

Aşağı instansiya məhkəməsi onun müraciətini təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.

E.Quliyev daha əvvəl də vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!